26 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etmişdir. Səfər ərəfəsində 104 yaşlı ordumuzun yaranma tarixinə ərməğan olaraq Kəlbəcər rayonu ərazisində “Komando" hərbi hissəsinin açılışında iştirak etdi. Müzəffər Ali Baş Komandan hərbi hissəyə yenilməz döyüş bayrağını təqdim etdi. Bu o döyüş bayrağıdır ki, dünya hərb tarixində insana göz bəbəyindən, canından qiymətli uca bir varlıq kimi əmanət edilirdi. Azərbaycan əsgərinin Vətən, torpaq sevgisini heç bir dünya ordusunun hərbi qulluqçusunun hərəkəti üstələyə bilməz. 90-cı illərdə ana qucağında, qundaqda gələn körpələr indi yağı düşmən üzərinə tankla, topla irəlilədi. Bu döyüş bayrağı təqdim edilən hərbi hissə 104 yaşlı Silahlı Qüvvələrin deyil, min illərlə formalaşmış qalib ordunun şərəfini yaşatmaq və daşımaq qabiliyyətinə malikdir. Torpağı qanıyla Vətən edən, bayrağı canı ilə ucaldan Azərbaycan əsgəri bundan sonra daha da inkişaf edəcək, təkmilləşmiş silah və texnikanın hərb elmində tətbiqini tarixə yazacaq. Hərbi hissənin açılışında nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha Ermənistana səslənərək revanşist fikirlərdən əl çəkməyi, bölgədə sabitliyin bərpası naminə Azərbaycanın Beynəlxalq qanunlara uyğun tələblərini yerinə yetirməyə çağırdı. Hərbi hissənin şəxsi heyətinin nümunəvi davranışı, sıra keçidi hərb tarixinə yazılacaq bir formada inkişaf etmişdir. Yurduma göz dikənin gözü oyulacaq, əl uzadanın qolu kəsiləcək. Ordum varsa yurdum var. Vətənə sipər, düşmənə çəpər oğullar torpaqlarımızı əsarətdən, xalqımızı xəcalətdən xilas etdiyiniz üçün başda Cənab Ali Baş Komandan olmaqla Sizə minnətdarıq. Hərbi qulluqçularımızın hər gün hərbi hissə ərazisində qarşılaşdığı “Dəmir yumruq" abidəsi düşməni hər an lərzəyə salır. Müzəffər Ali Baş Komandanımızın “Dəmir yumruq yerindədir" ifadəsi vətənimin hər dağında, dərəsində erməni quldurlarına yer olmadığına bir sübutdur. Addımlarıq Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə,Yağı düşmən sığınsa da, torpağımda bənd bərəyə. Gün gələcək, üçrəngli, ay-ulduzlu bayrağımız altında belə “Komando" hissələrimiz Xankəndində, Xocalıda, Ağdərədə təşkil ediləcək. Yaşasın cənab Ali Baş Komandan! Eşq olsun 104 yaşlı Azərbyacan Silahlı Qüvvələrinə! Eşq olsun Azərbaycan əsgərinə! Pərviz Həsənli, Xocalı rayon gənci